Səbət (0 məhsul)

Sizin səbətiniz boşdur

Məhsullar əlavə edin və sifariş verin

PPF
Əsas — İstifadəçi razılaşması

İstifadəçi razılaşması

İSTİFADƏÇİ RAZILAŞMASI

Bu istifadəçi razılaşması Foamarket.az onlayn mağazasından istifadə qaydalarını və şərtlərini müəyyən edir. Sayta daxil olmaqla və ondan istifadə etməklə siz aşağıdakı şərtlərlə razılaşmış olursunuz.

1. Ümumi Şərtlər

1.1. Foamarket.az saytı avtokimya məhsulları, avtoyuma şampunları və avtomobil aksesuarlarının onlayn satışını həyata keçirir.

1.2. Sayt fərdi şəxslərə, detailingavtoyuma məntəqələrinə xidmət göstərir.

1.3. Bu razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır və ona tabedir.

2. Qeydiyyat və İstifadəçi Məsuliyyəti

2.1. Sifariş vermək üçün istifadəçi real və düzgün şəxsi məlumatları təqdim etməlidir.

2.2. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə və aktuallığına görə tam məsuliyyət daşıyır.

2.3. İstifadəçi qeydiyyat zamanı təyin etdiyi parolu üçüncü şəxslərlə paylaşmamalıdır.

3. Sifariş, Çatdırılma və Ödəniş

3.1. Sifarişlər onlayn formada qəbul edilir və ölkədaxili və şəhərdaxili kuryer və poçt xidmətləri ilə çatdırılır.

3.2. Ödəniş aşağıdakı formalarda həyata keçirilə bilər:

3.3. Sifariş təsdiqləndikdən sonra istifadəçiyə məlumat təqdim edilir.

4. Geri Qaytarma və Dəyişdirmə

4.1. Alınan məhsulda istehsal və ya qablaşdırma qüsurları aşkar edilərsə, 14 (on dörd) gün ərzində məhsul geri qaytarıla və ya dəyişdirilə bilər.

4.2. Geri qaytarma və dəyişdirmə zamanı məhsulun istifadə olunmamış və orijinal vəziyyətdə olması tələb olunur.

5. Məxfi Məlumatların Qorunması

5.1. İstifadəçi tərəfindən təqdim olunan şəxsi məlumatlar məxfi saxlanılır və üçüncü şəxslərlə heç bir halda paylaşılmır, qanunvericiliklə tələb olunan hallar istisna olmaqla.

5.2. Məlumatlar yalnız sifarişin yerinə yetirilməsi, istifadəçi ilə əlaqə və xidmətin təkmilləşdirilməsi məqsədilə istifadə olunur.

5.3. Foamarket.az istifadəçi məlumatlarının təhlükəsizliyini qorumaq üçün texniki və təşkilati tədbirlər həyata keçirir.

6. Hüquqi Məsuliyyət

6.1. Foamarket.az saytında yerləşdirilən bütün mətn, şəkil və məzmun əqli mülkiyyət hüquqları ilə qorunur və icazəsiz istifadə edilə bilməz.

6.2. İstifadəçi saytdan sui-istifadə etdikdə və ya bu razılaşma şərtlərini pozduqda, Foamarket.az həmin istifadəçiyə xidmət göstərməkdən imtina etmək hüququna malikdir.